Bakıda "Seçkinin mediada işıqlandırılması" mövzusunda informasiya sessiyası keçirilir.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, bu günə qədər 1534 namizəd qeydiyyatdan keçib:
"Bu seçkidə əldə olunan bütün göstəricilər indiyə kimi keçirilən seçkilərlə müqayisədə rekord rəqəmlərdir. Seçkilər elan edilən gündən bildiririk ki, media seçki qurumlarının funksiyasının oynayan səviyyədə fəaliyyəti işıqlandırmalıdır. Seçki prosesində səsvermə və nəticələri elan olunana kimi kütləvi informasiya vasitələrinin böyük rolu var. Artıq yanvarın 17- dən sonra təşviqat mərhələsi başlayacaq. Təşviqat mərhələsində medianın missiyası daha güclüdür. Bu mərhələdə sizdən daha çox xəbərlər gözləyirik. Sizin borcunuzdur ki ictimaiyyətə çatdırasınız ki, təşviqat mərhələsi digər mərhələlərdən az önəm daşımır. Biz hansısa məsələ olanda çalışırıq ki, namizədlərin xeyrinə qərar çıxaraq".
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, parlament seçkiləri bugünkü gündəmin əsas mövzusudur:
.jpg)
“2019-c il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq. Azərbaycan Prezidentinin islahatları davamlı xarakter daşıyır. İslahatlar o dərəcədə geniş miqyaslıdır ki, cəmiyyətin bütün institutlarına təsir edəcək. Təbii ki, burada qlobal amillərin də təsiri var. Yaşlı nəslin təcrübəsiylə gənc nəslin çevikliyi bu islahatlar prosesinin əsasını təşkil edir. Bu proses bütün hakimiyyət qollarını əhatə etməlidir. Hazırki parlament seçkiləri daha çevik deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün vətəndaş cəmiyyəti aktuallaşır. Təbii ki bu prosesdə medianın üzərinə düşən məsuliyyət də artmış olur. Jurnalistlər ictimai rəyin öyrənilməsində fəal iştirak edirlər. Seçkilər dövründə media prosesi obyektiv işıqlandırmalı və təşviqat mərhələsində hər namizədə bərabər imkanlar yaratmalıdırlar. Ölkə əhalisinin 80 faizinin internetə çıxışı var. Sosial media ictimai rəyi formalaşdıran əsas alətlərdən birinə çevrilib. Əminik ki, builki parlament seçkiləri seçki institutu mədəniyyətinin inkişafında uğurları ilə yadda qalacaq”.
Tədbirdə çıxış edən Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır: "Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib. Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik.
Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri qeyd edib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir. Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.
Günel Türksoy
Nuran Məmmədov


Son xəbərlər
Son Xəbərlər