“Əvvəllər Milli Məclisdə inhisarçılıq var idi”

evveller-milli-meclisde-inhisarciliq-var-idi
Oxunma sayı: 1639

“Əvvəllər Milli Məclisdə qanun yaradıcılığı məsələsində sanki komitə sədrlərinin inhisarçılığı var idi. İndi isə bu vəziyyət aradan qaldırılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib. O qeyd edib ki, VI çağırışda bu ənənələri davam etdirmək lazımdır: “Gənc millət vəkilləri öz potensiallarını ortaya qoyur. Onlar qanun yaradıcılığında iştirak edib təkliflərini verə bilər”.

F. Mustafa həmçinin Azərbaycan məktəblərində hərbi dərsin bərpa edilməsini təklif edib. O qeyd edib ki, o vaxt məktəblərin birində qumbara partlayıb və bu dərslər dayandırılıb: “Tibb bacılarının da şəfqət bacısı kimi yetişməsinə ehtiyac var. 

Döyüş bölgəsinin əsgərlərinin keyfiyyət göstəricisinə baxdıqda görəcəyik ki, nə qədər problemlər var. Ona görə də dərslər bərpa olunmalıdır”.

Günel Türksoy