“Excelsior Hotel Baku” otelinin təşkilatçılığı ilə açıq hovuz ətrafında NU AİR şirkətinin məhsullarının təqdimatı keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimində otellərin, barların, restoranların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Bütün gecə boyu qonaqlara çayın müxtəlif növlərinin imkanları, çaydanlar, qəlyanlar, NU AİR şirkətinin qədəhləri və onlardan istifadə variantları nümayiş etdirilib.
Şirkət səhər və axşam istehlak üçün nəzərdə tutulan, tonusu qaldırmaq, arıqlamaq üçün bitki əsaslı çayların və içkilərin, həmçinin müxtəlif çeşiddə fitoçayların geniş siyahısını təqdim edir. NU AİR çaydanı davamlı şam ağacı və şüşədən əllə hazırlanıb və ondan həm çay dəmləmək, həm də soyuq içkilər: limonad, şirə və s. vermək üçün istifadə etmək olar. NU AİR şirkətinin baş direktoru Maksim Yaşin deyib ki, Bakını öz məhsulları üçün perspektiv bazar kimi nəzərdən keçirir. O, qeyd edib ki, NU AİR qəlyanları əllə hazırlanır və artıq bu səbəbdən unikaldır. Bundan başqa, qəlyanları fərdi eskizlər üzrə də tərtib etmək imkanı vardır. Bu, oyma, yarıqiymətli və qiymətli daşlar və metallardan mozaika, inisialların həkk edilməsi ola bilər.




Son xəbərlər
Son Xəbərlər