“Exit poll” Lukaşenkonun qalib gəldiyini açıqladı

exit-poll-lukasenkonun-qalib-geldiyini-aciqladi
Oxunma sayı: 2646

Belarusun keçirilən prezident seçkilərinin "Exit poll" nəticələri açıqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, "Mir" telekanalının sifarişi ilə keçirilən "Exit poll"un nəticələrinə görə, hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində 79,7 faiz səslə qalib gəlib.

Svetlana Tixanovskaya 6,8 faiz, Anna Kanopatskaya 2,3 faiz, Andrey Dmitriyev 1,1 faiz, Sergey Çereçen isə 0,9 faiz toplayıb.