“Əxlaqsız təklifin olduğu serialda çəkildiyini nə tez unutdun?!”

exlaqsiz-teklifin-oldugu-serialda-cekildiyini-ne-tez-unutdun
Oxunma sayı: 5528

Türkiyəli aparıcı Esra Ceyhan aktrisa Bergüzar Korelin “Squid Game” (“Kalmar oyunu”) serialı ilə bağlı fikirlərinə sərt reaksiya verib. 

“Qafqazinfo” xəbər verir ki, üçüncü uşağına hamilə olan 39 yaşlı Korel iki milyon izləyicisi olan instaqram hesabında “Eşitdiklərimə inanmıram. “Squid Game”i izləməyən uşaq yoxdur. İki gün əvvəl ilk dəfə izlədik. Ağlı başında olan valideynin uşağının bu seriala baxmasına necə icazə verdiyini anlamıram”, - deyə bildirib. 

Ceyhan isə ona cavabında “Nə tez unutduq! Əxlaqsız təkliflər, ailədaxili sevgi münasibətləri, zorakılıqla bağlı bərbad serialları. Bütün bu cəfəngiyat ailələr tərəfindən izləndi. Bunların birində rol alan bir qadın aktrisa da bu günlərdə “bu zərərli, bu faydalı, aman uşaqlar izləməsin” deyə bildi-bilmədi danışır. Sən yer aldığın serialın hekayəsini nə tez unutdun” ifadələrindən istifadə edib. 

Qeyd edək ki, B. Korel illər əvvəl ssenarisində əxlaqsız təklifin olduğu "Binbir gece" serialında rol alıb.