“Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları baş alıb gedir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə bu gün təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, ailə-məşişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıq yuvalarının artmasıdır: "Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Omdudsmanın bu fikirləri ilə razılaşmayıb: “Elmira xanım, bu fikirlərinizlə insanların ürəyinə qorxu saldınız. Düzdür, bizdə əxlaqsızlıq yuvaları var və bunlar dünyanın hər yerində mövcuddur, amma bu, o qədər də çox deyil. Həm də müvafiq nazirliklərimiz, eləcə də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparır".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər