“Expressbank” rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib - Fotolar

expressbank-rehberliyi-sehidler-xiyabanini-ziyaret-edib
Oxunma sayı: 1581

“Expressbank” rəhbərliyi 20 Yanvar faciəsinin 35-ci ildönümündə Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına ənənəvi ziyarətini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, şəhidlər hörmətlə anılıb və onların məzarlarına qərənfillər qoyulub.

Əbədi Məşəl abidəsinin önünə “Expressbank” adından əklil yerləşdirilib.

Qeyd edək ki, ziyarətdə Bankın İdarə Heyəti və Müşahidə Şurasının üzvləri iştirak ediblər.