“Məktəblərdə əyani təhsilə başlayan şagirdlərdən sağlamlıq arayışı tələb olunmur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.
O qeyd edib ki, son bir neçə gündə nazirliyə bununla bağlı bir neçə müraciət daxil olub: “Təhsil Nazirliyinə bir neçə müraciət daxil olmuşdu ki, məktəblərdə uşaqlar poliklinikalardan sağlamlıq arayışı almaları ilə bağlı tələb qoyulub. Biz bunu araşdırmışıq. Məlum olub ki, bəzi müəllimlər tərəfindən anlaşılmazlıq səbəbindən belə bir tələb qoyulub. Əslində belə tələb yoxdur”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər