Eyfel çürüməyə başlayıb

eyfel-curumeye-baslayib
Oxunma sayı: 4112

Parisin vizit kartı olan məşhur Eyfel qülləsi korroziyaya uğrayıb və təmirə ehtiyacı var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın “Marianne” nəşri məxfi sənədlərə istinadən məlumat yayıb.

Bu məlumatlarda qüllənin 2010-cu ildən bəri yararsız vəziyyətdə olduğu bildirilir.

Bir neçə mütəxəssis bildirib ki, onun tamamilə sökülməsi, təmiri və rənglənməsi lazımdır, halbuki Paris 2024 Olimpiadası üçün yalnız kosmetik bərpa işləri aparıır.

Bununla belə, mütəxəssislərin fikrincə, köhnənin üzərinə yeni bir boya qatı yalnız korroziyanı daha da gücləndirəcək. Ən yaxşı halda faydasız olacaq.