Parisin ən əsas görməli yerlərindən biri olan Eyfel qülləsi təxminən 3 ay sonra bu gün yenidən işini bərpa edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə turistik məkanın rəhbərliyi açıqlama yayıb.
“Eyfel qülləsi iyunun 25-də açılır. Maskaların məcburi taxılması da daxil olmaqla sanitariya tədbirləri görülür”,- deyə açıqlamada qeyd olunub.
Bundan əlavə sanitar tədbirlərinin uzadılması səbəbindən obyektdəki lift iyulun 1-dək bağlı olacaq.
Qeyd edək ki, Fransada 161 348 nəfər COVID-19-a yoluxub, 29 731 nəfər infeksiya səbəbindən vəfat edib.
Son xəbərlər
Son Xəbərlər