Eyfel qülləsi bağlandı

eyfel-qullesi-baglandi
Oxunma sayı: 1779

Parisin ən əsas görməli yerlərindən biri olan – Eyfel qülləsi xidmət personalının pensiya islahatına qarşı keçirilən tətillərdə iştirak etməsi səbəbindən bağlanıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Le Figaro” qəzeti yazıb.

“İş yerində olan personal ziyarətçiləri optimal təhlükəsizlik şəraitində yerləşdirməyə imkan vermir”, - qüllənin operator-kompaniyası “SETE” bildirib.

Bu, ötən ilin dekabrından bəri Eyfel qülləsinin sayca üçüncü bağlanışıdır.