Eyfel qülləsi nümayişlərə görə bağlandı

eyfel-qullesi-numayislere-gore-baglandi
Oxunma sayı: 1533

Fransada pensiya yaşının 64-ə qaldırılmasını hədəfləyən pensiya islahatına qarşı ümummilli tətil səbəbi ilə Eyfel qülləsinin sabaha qədər ziyarətçilərə bağlı olduğu bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Eyfel qülləsinin rəsmi tviter hesabından açıqlama verilib.

 Açıqlamada qüllənin qarşısındakı ərazinin yerli vaxtla saat 21:00-a qədər açıq və sərbəst olacağı qeyd edilib.

Hökumətin pensiya islahatına etiraz etmək üçün təhsil, nəqliyyat, enerji və dövlət sektoru kimi sektor işçiləri tətilə çıxıb, Marsel, Tuluza və Aras kimi şəhərlərdə islahat əleyhinə nümayişlər başlayıb.

Qeyd edək ki, Baş nazir Elizabet Borne pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının hər il 3 ay artırılaraq, 2030-cu ildə sentyabrın 1-dən başlayaraq mərhələli şəkildə 64-ə çatdırılacağını deyib.