Eyfelin işıqları söndürüləcək

eyfelin-isiqlari-sondurulecek
Oxunma sayı: 1609

Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsinin işıqları söndürüləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Ann İdalqo bildirib.

“Bu gün Kabulda baş verən terror qurbanlarının xatirəsini yad etmək üçün Eyfel qülləsinin işıqları söndürüləcək. Paris və parislilər Əfqanıstan xalqını dəstəkləyir”,-deyə mer öz tvitter hesabında yazıb.

Qeyd edək ki, Kabulda baş verən terror zamanı 95 nəfər həlak olub, daha 158 nəfər isə xəsarət alıb. Terakta görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.