Fransada “Bastiliyanın Alınması Günü” münasibətilə keçirilən atəşfəşanlıq zamanı “Eyfel” qülləsi yaxınlığında yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının baş vermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir.
O da qeyd edilir ki, yanğın zamanı ocağın yaxınlığında üç partlayış baş verib.
Son xəbərlər
Son Xəbərlər