Əyləncə məkanları fəaliyyətini bərpa edir

eylence-mekanlari-fealiyyetini-berpa-edir
Oxunma sayı: 866

Bu gündən istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti bərpa edilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Qeyd edək ki, fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər.