Eyni binada 10 gündə 11 yanğın hadisəsi - Fotolar

eyni-binada-10-gunde-11-yangin-hadisesi
Oxunma sayı: 870

Türkiyənin Balıkesir rayonunun Edremit qəsəbəsində 3 mərtəbəli bir binada son 10 gündə 11 dəfə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın səbəbindən bina sakinləri evlərinə girməyə qorxurlar.

Hazırda bina sakinləri qonşuların verdikləri əşyalarla gecələri küçədə keçirmək məcburiyyətində qalıblar.

Sakinlər aiddiyyatı qurumlara səslənərək yanğınların səbəbinin tapılmasını istəyirlər.

Son iki yanğının bilərəkdən çıxarıldığı ehtimal edilir. Hazırda araşdırma aparılır.