Eyni kadra düşməməyə çalışdılar

eyni-kadra-dusmemeye-calisdilar
Oxunma sayı: 3126

Bir zamanlar reytinq rekordları qıran “Aşk-I Memnu” serialında baş rolları paylaşan Kıvanç Tatlıtuğ və Beren Saatın hələ də küsülü olduğu deyilir.  

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hələ o vaxt - serialın çəkilişi zamanı da yola getmədikləri bildirilən cütlük layihədən sonra bir də görüşməyib. Hətta onlara 6 ay əvvəl ortaq bir layihədə iştirak etmək təklif olunsa da, aktyorlar bunu qəbul etməyiblər.

Oyunçular son olaraq bu həftə təşkil olunmuş mükafatlandırma gecəsində bir araya gəlib. Bu zaman da hər ikisinin eyni kadra düşməmək üçün böyük səy göstərməsi diqqətlərdən yayınmayıb və danışmamaları ilə bağlı yayılmış şayiələrin əsaslı olduğunu göstərib.

Gecə boyu heç kim onların salamlaşdığını və ya danışdığını görməyib.