Eyni layihədə yer almaları təəccüblə qarşılandı - Video

Eyni layihədə yer almaları təəccüblə qarşılandı
Oxunma sayı: 2706

Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Eldar Qasımov yeni layihə üçün bir araya gəliblər.

“Qafqazinfo” xəbər verir ki, iki tanınmış şəxs “Bizi Tanrı qorusun” bəstəsini duet şəklində ifa edib. Fərqli janrlarda ifa edən müğənnilərin eyni layihədə yer alması təəccüblə qarşılanıb.

“Nazpəri xanımın güclü və eyni zamanda məlahətli səsi mahnımıza xüsusi gözəllik və sehr verir, Azərbaycan musiqi ənənəsini yaşadır. Dəvətimi qəbul etdiyinə görə çox şərəfliyəm və dünyalar qədər sevincliyəm”, - deyə Eldar bildirib.

Musiqisi Kaki Bolkvadze, sözləri Nurlana Cəfərovaya aid mahnıya klip də çəkilib.

Azərbaycan dilində sözlərin müəllifi, həmçinin layihə rəhbəri tanınmış aparıcı Nurlana Cəfərovadır.