“Yığmaya layiq olan güləşçilər çağırılıb. Onlar ən yaxşıdırlar”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.
40 yaşlı mütəxəssis Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında yaxşı nəticə göstərmək istədiklərini bildirib: “Mənə olan inamı doğrultmağa çalışacağam. Yığmamız ötən il komanda hesabında qitə birinciliyində ilk yeri tutmuşdu. Bu il eyni uğuru təkrarlamaq çətin olacaq. Amma maksimum gücümüzlə mübarizə aparacağıq”.
Qeyd edək ki, Avropa çempionatı aprelin 17-dən 23-dək keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər