Eyni vaxta 8 terror hadisəsi - 3 ölü, 14 yaralı

eyni-vaxta-8-terror-hadisesi
Oxunma sayı: 1519

Taylandın cənubundakı Narathiwat əyalətində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, əyalətin Rang-Ngae bölgəsində eyni vaxtda 8 partlayış olub. Hadisə zamanı 3 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Tayland Polis Şöbəsinin polkovniki Pakdin Prichachonun açıqlamasında bombaların şəhərin mərkəzindəki bir mağazada işə düşdüyünü və 2 nəfərin hadisə yerində öldüyünü bildirib.

Partlayışın baş verdiyi əraziyə təhlükəsizlik orqanları cəlb edilib. Bu zaman mağazanın yanında olan motosiklet partladılıb, 1 polis dünyasını dəyişib.

Tayland polisi partlayışı müsəlman seperatçıların törətdiyini iddia edib.