“Qafqazinfo”nun məlumatına görə, hadisə Həzi Aslanov küçəsi 23 ünvanında qeydə alınıb. Havanın küləkli olması nəticəsində yanğın 4 evə və ətraf obyektlərə keçib, ciddi ziyan dəyib. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub.
Olayın baş verdiyi əraziyə Şəmkir Rayon İcra Hakimiyyətinin müavini Qüdrət Əliyev baş çəkib.
Son xəbərlər
Son Xəbərlər