Boliviyada avtobusla yük maşını toqquşub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 22 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə Potosi-Oruro magistralında baş verib. Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.
Xatırladaq ki, keçən ay həmin yolda daha bir avtobus qəzası baş vermiş, 22 nəfər dünyasını dəyişmişdi.
Son xəbərlər
Son Xəbərlər