“Eynicinsli nikah Avropa üçün keçərlidir, biz buna hazır deyilik” - Luçinski

eynicinsli-nikah-avropa-ucun-kecerlidir-biz-buna-hazir-deyilik
Oxunma sayı: 3230

“Bizə deyirdilər ki, siz Avropa Şurasına üzv olmalısınız. Bu, bizə nə verdi? Hər bir dövlətin özünəməxsus xüsusiyyətləri var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Moldovanın keçmiş Prezidenti Petru Luçinski VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Sabiq Prezident qeyd edib ki, Avropa İttifaqına üzvlük üçün bir sıra ziddiyyətli tələblər var:

“Şərq Tərəfdaşlığı Proqramına altı ölkə daxil ediləndə insanlarımız düşündü ki, Avropa İttifaqına daxil olmaq üçün dəvət verilib. Bu, baş vermədi, ehtimallarımız özünü doğrultmadı. İnsanlar artıq inanmırlar, cəmiyyət iki yerə parçalanıb.

Bir hissəsi gələcəyi Avropa İttifaqında, bir hissə isə Rusiyada görür. Avropa İttifaqına üzvlük üçün bir çox ziddiyyətli tələblər də var. Məsələn, Avropa eynicinsli nikah tələb edir.

Eynicinsli nikah Avropa cəmiyyəti üçün keçərlidir. Amma biz buna hazır deyilik. Bu, bizim cəmiyyətdə parçalanmaya səbəb ola bilər. Bunu niyə etmək lazımdır? Çox ziddiyətli proseslər baş verir”.

Gülnar Əliyeva