Bir neçə gün bundan əvvəl "Ən yaxşı aktyor" adını qazanan Rami Malek Çinin məşhur televiziyası tərəfindən qadağaya məruz qalıb.
"Qafqazinfo" xəbər verir ki, buna səbəb “Bohemian Rhapsody” filmində "Queen" rok qrupunun solisti, homoseksual Freddi Merkurini canlandıran aktyorun “Oscar”dakı çıxışında “eynicinsli oğlan” ifadəsini işlətməsi olub.
Nüfuzlu mükafat tədbirini canlı yayımlayan Mango TV sözügedən kəlmələləri “özəl qrupdan biri” kimi tərcümə edib, Raminin fikirlərini efirə verməyib. Bu isə dünya mətbuatının diqqətindən yayınmayıb.
Bu məqamda bildirək ki, sözügedən kanal daha əvvəl də bir neçə dəfə belə addım atdığına görə gündəmə gəlib.
Televiziya sonuncu dəfə “Eurovision- 2018” yarışmasında əllərində LGBT bayraqları daşıyan tamaşaçıların görüntülərini kölgə ilə gizlətmişdi.



Son xəbərlər
Son Xəbərlər