Eynulla Fətullayev hərəkat yaratdı

eynulla-fetullayev-herekat-yaratdi
Oxunma sayı: 642

Hərəkat yaxınlarda fəaliyyətə başlayacaq. E. Fətullayev AzadlıqRadiosuna bildirib ki, hərəkatın yaranmasına səbəb ölkədə insan haqlarının kəskin pozulmasıdır: «Həbsxanadan çıxandan sonra mənə siyasi, sosial, əmək və digər hüquqlarının pozulması ilə bağlı çoxsaylı vətəndaşlar müraciət edir. Hiss etdim ki, bu cür hərəkatın yaranmasına zərurət yaranıb. Azərbaycan kimi avtoritar ölkələrdə müqavimət üçün ən böyük platforma və ən böyük ideya məhz insan haqları uğrunda mübarizədir. Məhz insan haqları uğrunda mübarizə vətəndaş hərəkatının təşəkkülünə gətirib çıxaracaq və vətəndaş cəmiyyətinin formalaşmasına təkan verəcək».

E. Fətullayev Böyük Britaniyada fəaliyyət göstərən, fəxri üzvü olduğu «PEN-klub»dan Londona səfərə dəvət alıb: ««PEN-klub» rəhbərliyi «Son 50 ildə 50 dissident yazar» kitabını mənə göndərib. Kitabda Anna Politkovskaya, Orxan Pamuk, Hrant Dink, Salman Rüşti kimi yazarlar haqqında məlumatlar, onların məqalələri, əsərlərindən parçalar dərc olunub. Azərbaycandan bu kitaba məni daxil ediblər».

E. Fətullayev deyir ki, yaxınlarda «Realını Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri də fəaliyyətə başlayacaq.