Eynulla Fətullayev ukraynalı səfirlə görüşdü - Foto

eynulla-fetullayev-ukraynali-sefirle-gorusdu
Oxunma sayı: 3024

Haqqin.az informasiya-analitik portalının baş redaktoru Eynulla Fətullayev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist öz feysbuk səhifəsində məlumat yayıb.

“Biz Ukraynanın səfiri Vladislav Kanevski ilə görüşdük. Səmimi və çox faydalı söhbətimiz oldu. Regionda və dünyada vəziyyətlə bağlı təhlilimi səfirin diqqətinə çatdırdım. O, çox ağıllı və təcrübəli diplomatdır. Qəlbimiz və düşüncəmizlə Ukraynanın yanındayıq”, –baş redaktor yazıb.

Qeyd edək ki, Eynulla Fətullayev bir müddət əvvəl Ukraynadan orada hərbi əməliyyatların gedişi ilə bağlı reportajlar hazırlayaraq qayıdıb.