Eynulla Fətullayevdən “Azadlıq”a sərt sözlər

eynulla-fetullayevden-azadliqa-sert-sozler-
Oxunma sayı: 639

Qəzetin yazdığı materiala hüquq müdafiəçisi, jurnalist Eynulla Fətullayev şərh verib. O, “Qafqazinfo”ya göndərdiyi açıqlamasında “Azadlıq” qəzetinin ünvanına sərt ifadələr işlədib.

Fətullayevin açıqlamasında deyilir: “Qəzet yazır ki, E.Abdullayevlə təmasa keçən DİN və MTN əməkdaşları guya Səbayel Rayon Polis İdarəsinin keçmiş rəisi Nazım Nağıyev və milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev olublar.

Mən təhqiqatçı-jurnalist kimi E.Abdullayev işini araşdırmışam və ABU-nun sabiq rektorunun özü ilə Strasburqda dəfələrlə görüşmüşəm. Bundan əlavə, Strasburqda olarkən sabiq rektorun əlində olan bütün videoyazılara baxmışam. Bu informasiya boş və cəfəng xəbərdir, ictimai rəyi aldatmağa və çaşdırmağa xidmət edir. Mən “Azadlıq” qəzetinin bu xəbəri yaymasının motivini bilmirəm. Amma tam məsuliyyətimlə və əminliklə deyirəm ki, Elşad Abdullayevin videotekasında Nazim Nağıyev və Əli Nağıyevlə söhbəti əks etdirən heç bir videoyazı yoxdur. Elşad Abdullayev MTN əməkdaşları ilə görüşüb və ünsiyyətə girib, amma onların arasında Əli Nağıyev olmayıb”.


E.Fətullayev bu xəbəri dezinformasiya adlandıraraq fikirlərini belə tamamlayıb: “Mənə elə gəlir ki, qəzet bununla Elşad Abdullayevin görüşdüyü adamdan iz azdırmağa çalışıb. Bunu Fransada Elşad Abdullayevin özündən soruşmaq da Qənimət Zahid (qəzetin baş redaktoru) üçün çətin iş deyildi”.