Eyvazov DİN Katibliyinə rəis müavini təyin etdi

eyvazov-din-katibliyine-reis-muavini-teyin-etdi
Oxunma sayı: 6169

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.

Amin Nəzərli