Eyvazovdan yeni təyinat

eyvazovdan-yeni-teyinat
Oxunma sayı: 4202

Daxili İşlər orqanlarında yeni təyinat olub. 

“Qafqazinfo”nun  verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Elçin Ələsgərov Tovuz Regional Mühafizə Şöbəsinə rəis təyin olunub. E. Ələsgərov təyinata kimi Tovuz rayon Polis Şöbəsində əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tovuz Regional Mühafizə Şöbəsinin əvvəlki rəisi, polkovnik-leytenant Seymur Sadıqov bir müddət əvvəl Gəncə Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat almışdı.

Elmar Əli