Əzim Əzimzadənin xatirə muzeyinin açılışı olacaq

ezim-ezimzadenin-xatire-muzeyinin-acilisi-olacaq
Oxunma sayı: 1047

Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyinin  təmirdən sonra açılışı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzey binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

Qeyd edək ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərə açıb.