Əziz Əzizov Beyləqanda şəhid məzarlarını ziyarət edib - Fotolar

eziz-ezizov-beyleqanda-sehid-mezarlarini-ziyaret-edib
Oxunma sayı: 5803

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayondakı fəaliyyətinin ilk günündə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olan Beyləqan şəhərində dəfn olunmuş şəhidlərin məzarlarını və Cərciz Peyğəmbər ziyarətgahını ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin ruhlarına dualar edilib, əziz xatirələri ehtiramla anılıb.

“Qafqazinfo” xəbər verir ki, şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.  

Qeyd edək ki, Vətən Müharibəsində Beyləqan rayonundan 2300-ə yaxın vətəndaş iştirak edərək müharibə zamanı və sonrakı döyüş əməliyyatlarında 147 nəfər şəhid olub.