Əziz Əzizov Əmircanda sakinlərlə görüşdü - Foto

eziz-ezizov-emircanda-sakinlerle-gorusdu
Oxunma sayı: 1707

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Əmircan qəsəbəsində keçirib.

“Qafqazinfo” xəbər verir ki, 114 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilən qərarlar barədə ətraflı məlumat verilib.

Əziz Əzizov bildirib ki, rayonun Yeni Suraxanı qəsəbəsində bütün küçələrin asfaltlanması işlərinə start verilib. Bu işin həyata keçirilməsinə “Azəravtoyol” ASC-nin 10-dan çox yol tikinti idarəsi cəlb olunub. Mərhələli şəkildə rayonun bütün qəsəbələrində məhəllədaxili yollar asfaltlanaraq abadlaşacaq. Rayonda, eyni zamanda binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, çoxmərtəbəli binaların liftləri təzələnir. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsi üçündür.

Sakinlər onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər.

Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirib, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Səyyar görüş-qəbuldan sonra Əziz Əzizov müraciət edən bir qrup vətəndaşın problemləri ilə yerində tanış olub.