Əziz Əzizov Hövsan Südçülük sovxozunun sakinləri ilə görüşdü - Foto

Əziz Əzizov Hövsan Südçülük sovxozunun sakinləri ilə görüşdü
Oxunma sayı: 1009

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Hövsan qəsəbəsində Südçülük sovzozu adlandırılan ərazidə keçirib.

“Qafqazinfo” xəbər verir ki, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə təşkil olunan səyyar görüş-qəbulda rayon rəhbəri sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək bildirib .

Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, ölkənin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Rayonun bütün qəsəbələrində asfaltlanmağa ehtiyacı olan küçələr və məhəllədaxili yollar mərhələli şəkildə asfaltlanır. Ehtiyac olan yerlərdə kanalizasiya və su şəbəkələri yenidən qurulur. Hövsan və Qaraçuxur qəsəbələrində çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, yeni abad həyətlər salınır.

Sakinlər onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər. Rayon rəhbəri sakinləri narahat edən məhəllədaxili yolların asfaltlanması, təbii qazın təziqinin aşağı olması məsələlərinə aydınlıq gətirib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi