Əziz Əzizov Hövsanda sakinlərlə görüşdü - Foto

eziz-ezizov-hovsanda-sakinlerle-gorusdu
Oxunma sayı: 1813

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü 21 noyabrda Hösan qəsəbəsində keçirib.

“Qafqazinfo” 76 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Hövsan bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 200 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edib.

Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.

Rayon rəhbəri əlavə edib ki, rayonda, binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, çoxmərtəbəli binaların liftləri təzələnir, yollarda təmir-bərpa işləri aparılır. 

O, səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Səyyar görüş-qəbuldan sonra Əziz Əzizov müraciət edən bir qrup məcburi köçkünün 311 nömrəli uşaq bağçasında məskunlaşdıqları yerə baxış keçirib, digər vətəndaşların problemləri ilə yerində tanış olub.