Əziz Əzizov kollektivə təqdim olundu

eziz-ezizov-kollektive-teqdim-olundu
Oxunma sayı: 6607

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əziz Əzizov iyulun 9-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Ə.Əzizov ona göstərilən etimada görə minnətdarlıq edib.