Aprelin 4-də Yasamal rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən 286 saylı tam orta məktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Əziz Əzizov çıxış edərək son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionlarda, xüsusən paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlər haqqında ətraflı məlumat verib. Başçı qeyd edib ki, bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Bundan başqa, Əziz Əzizov öz çıxışında ötən ilin əvvəlindən başlayaraq Yasamal rayonunda həyata keçirilən geniş və iri miqyaslı abadlıq-quruculuq işlərinin əhəmiyyətindən, bu ildən rayon ərazisində bu işlərin artıq digər sahələri əhatə etməsindən, xüsusilə bu işlərin daha çox Yeni Yasamal yaşayış massivinin ərazisini əhatə etməsindən danışıb.
Səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavablar verilib, bir sıra məsələlərin operativ qaydada həlli üçün göstərişlər verilib.
Son xəbərlər
Son Xəbərlər