Əziz Əzizov növbəti səyyar qəbul keçirdi

eziz-ezizov-novbeti-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1088

Aprelin 18-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 18 nömrəli məktəbdə keçirilib. "Qafqazinfo" xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək iştirakçılara prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzəfələrə dair iclasındakı çıxışında qeyd etdiyi kimi 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.

Ə. Əzizov səyyar qəbul-görüşə gələnlərə prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Yasamal rayonunda ötən ilin əvvəlindən başlayaraq mövcud problemlərin həllinə yönəlmiş və hal-hazırda davam etdirilən, yaxın gələcəkdə rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq tədbirləri barədə məlumat verdi. Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran məsələlər əsasən kommunal xidmətlərlə əlaqədar olduğuna görə onların müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə müvafiq tapşırıqlar verilib.