İyunun 13-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində A.Şərifzadə küçəsində 104-cü binanın sakinlərilə keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar haqqında sakinlərə ətraflı məlumat verib. O, bildirib ki, iyunun 13-də Bakının Yasamal rayonu ərazisində Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 11 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.
“Pilot layihə” çərçivəsində rayon ərazisində 18 qəzalı binanın sökülərək, yerində yeni evlərin tikilməsi nəzərdə tutulduğunu qeyd edən icra başçısı A.Şərifzadə küçəsində 104-cü binanın yerində inşa ediləcək yeni “Pilot layihə” haqqında bina sakinlərini məlumatlandırıb. O, layihə çərçivəsində həmin binalarda yaşayan sakinlərin müvəqqəti olaraq başqa mənzillərə köçürüləcəyini, sahibkarlar tərəfindən bina inşa olunduqdan sonra orada yaşayan əhaliyə mənzilinin sahəsinə əlavə olaraq 20 faiz miqdarında əlavə sahə ilə təmin ediləcəyini bildirib.
Rayon sakinləri onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran məsələlərin müsbət həllini təmin etmək məqsədilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər