Əziz Əzizov Suraxanı rayon ictimaiyyəti ilə görüşdü - Foto

eziz-ezizov-suraxani-rayon-ictimaiyyeti-ile-gorusdu
Oxunma sayı: 1502

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Suraxanı rayonun idarə, müəssisə, ictimai təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, rayon rəhbəri görüş iştirakçılarına dövlət başçısının yeni təyin olunan icra başçılarını qəbul edərkən vurğuladığı məsələləri çatdıraraq bildirib ki, xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur.

Əziz Əzizov qeyd edib ki, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. İqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərib. Ölkəmizdə yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Hərəkata sədrliyin Azərbaycana keçməsi isə ölkəmizin beynəlxalq arenada gündən-günə artan nüfuzunun göstəricisidir.

Görüşdə cari ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verilib. 

Görüşdə çıxış edən idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri ölkədə, o cümlədən Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri haqda danışıblar.