Əziz Əzizov Yeni Günəşli “AB” massivinin sakinləri ilə görüşdü - Foto

eziz-ezizov-yeni-gunesli-ab-massivinin-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1355

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Günəşli “AB” massivində keçirib. 

“Qafqazinfo” xəbər verir ki, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 279 nömrəli məktəbin akt zalında təşkil olunan səyyar görüş-qəbulda rayon rəhbəri sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter daşıyır.

Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, ölkənin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Rayonun bütün qəsəbələrində asfaltlanmağa ehtiyacı olan küçələr və məhələdaxili yollar mərhələli şəkildə asfaltlanır. Ehtiyac olan yerlərdə kanalizasiya və su şəbəkələri yenidən qurulur. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, yeni abad həyətlər salınır, ağaclar budanır, qurumuş ağaclar kəsilir.

Sakinlər onları maraqlandıran suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. Rayon rəhbəri sakinləri narahat edən çoxmərtəbəli kooperativ binaların fasadlarının, dam örtüklərinin təmiri, giriş qapılarının və liftlərin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması, suyun fasiləsiz verilməsi məsələlərinə aydınlıq gətirib.