İyulun 25-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 4 nömrəli sahə inzibati dairəsinin ərazisində, Yeni Yasamal II, 10 saylı binanın həyətində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri , rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə icra başçısı Əziz Əzizov Yeni Yasamal ərazisində son bir ildə aparılan quruculuq işlərindən danışaraq rayon ərazisində iri miqyaslı abadlıq-quruculuq işlərinin cari ildə də davam etdirildiyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd edib.
Görüşdə sakinlər tərəfindən Əziz Əzizova Yeni Yasamal II, 10 saylı binanın qəzalı vəziyyətdə olması, eyni zamanda, həmin ərazidə uzun illər əvvəl tikintisi yarımçıq qalmış yaşayış binasında məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi, həmçinin, abad həyətlərin yaradılması, istilik xəttinin yararsız vəziyyətdə olması, liftin quraşdırılması və digər sosial məsələlərlə bağlı müraciətlər olunub.
İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini bildirdi və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verib.
Son xəbərlər
Son Xəbərlər