Əziz Əzizov Yeni Yasamal sakinləri ilə görüşdü - Foto

eziz-ezizov-yeni-yasamal-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1970

İyunun 27-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Yeni Yasamal və Meqa city MTK-nın sakinləri ilə keçirib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusilə Prezidentin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılmasını, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatların davamlı, dayanıqlı olduğunun sakinlərin diqqətinə çatdırıb. 

Daha sonra icra başçısı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb. O, xüsusilə Yeni Yasamal ərazisində son bir ildə aparılan quruculuq işlərindən danışaraq rayon ərazisində iri miqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd edib.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran əsas problemlər Yeni Yasamal ərazisində MTK-ların idarəedilməsində yaranmış vəziyyət olub. İcra başçısı bəzi işbazların illər əvvəl yaratdıqları bu kimi özbaşınalıqların həlli üçün dövlət tərəfindən vətəndaşlara bütün köməkliklərin göstəriləcəyini bildirib. O, problemlərin müsbət həllini təmin etmək məqsədilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.