Əziz Orucov İstintaq İdarəsinə aparıldı

eziz-orucov-istintaq-idaresine-aparildi
Oxunma sayı: 1577

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samir Kazımlı məlumat verib.

O bildirib ki, Ə.Orucov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. 

Qeyd edək ki, Əziz Orucov mayın 2-də saxlanılaraq polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilərək 30 sutka inzibati həbs cəzası almışdı.

Murad Əhməd