Əziz Orucova hökm oxundu - 6 il

eziz-orucova-hokm-oxundu
Oxunma sayı: 3536

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum ediib.

Qeyd edək ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib:

O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində üçün Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir.

Murad Əhməd