“Əziz qardaşım Əliyevin fransızlara tövsiyəsini mən də edirəm”

eziz-qardasim-eliyevin-fransizlara-tovsiyesini-men-de-edirem
Oxunma sayı: 2530

“Makron Fransa üçün bəladır. Fransa çox təhlükəli bir dövrü yaşayır. Arzum budur ki, Fransa ən qısa zamanda Makron bəlasından qurtulsun. Əks təqdirdə, “sarı jiletlilər”dən qurtula bilməyəcək. Daha sonra “sarı jiletlilər” “qırmızı jiletlilər”ə çevrilə bilər. Belə bir bəla ilə qarşı-qarşıya qalıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Nazirlər arasında da mənfi qərarlar verənlər var.  Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. Nə dedi? “Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər” dedi. Eyni tövsiyəni mən də verirəm.

Qarabağ azərbaycanlı qardaşlarımızın torpağıdır. Bu yerlər 28 il idi ki, işğal altında idi. ABŞ-da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi. Azərbaycanlı qardaşlarımız özləri torpaqlarını azad etdilər. “Xeyirli olsun” deyirik”, - deyə Ərdoğan sözlərinə əlavə edib.