Əziz Sancar Bakıdan gənclərə səsləndi

Əziz Sancar Bakıdan gənclərə səsləndi
Oxunma sayı: 2745

Bu gün türk dünyasında ilk cümhuriyyətin qurulmasının 104 illiyidir. Bu gün münasibəti ilə hamınızı təbrik edirəm.

“Qafqazinfo” xəbər verir ki, bunu Nobel mükafatı alan türkiyəli alim Əziz Sancar bildirib.

O, qeyd edib ki, “TEKNOFEST Azərbaycan”da iştirak etdiyinə görə çox xoşbəxtdir.

Sancar gənclərə öz məqsədlərinə çatmaq üçün əzmlə çalışmağa çağırıb:

“Gördüyünüz işlərə qarşı duyğunuzun, hisslərinizin ölməsinə izn verməyin. Fatih Sultan Mehmetin İstanbulu fəth edərkən “Ya mən səni alacam, ya sən məni” dediyi kimi israrla çalışın. Vətəninizi sevməkdən heç zaman vaz keçməyin. Mənim üçün ən önəmli şeylərdən biri türk dünyasının inkişafı və türk gənclərinin elmdə ən ön sıralarda yer almasıdır".

Eldar Tanrıverdi