“Qafqazinfo” xəbər verir ki, Brilliant Dadaşova,Tünzalə Ağayeva, Nərgiz Cəlilova, Rövşanə Bektaşı kimi ölkənin müxtəlif sahələr üzrə tanınmış, uğur qazanmış xanımlar kişiləri həmin aksiyaya qoşulmağa və dəstək olmağa çağırırlar. Əgər hədiyyə almaq istəyirsinizsə, öz sevdiklərinizə kitab hədiyyə edin, hisslərinizi kitabla ifadə edin. Kitab hədiyyələrin ən dəyərlisidir. Ən önəmlisi isə Azərbaycanda kitab hədiyyə etmək mədəniyyətini inkişaf etdirin. İnsanlar ancaq oxumaqla kamilləşə bilərlər. Güllər vaxt keçdikcə sola, ətir isə tükənə bilər. Yalnızca dərin hisslərlə hədiyyə olunmuş kitab, uzun illər keçsə də,hər zaman yanınızda olacaq, səmimi xatirələri yada salacaq.
Son xəbərlər
Son Xəbərlər