Əzizov Zərdabi prospektinin sakinləri ilə görüşdü - Foto

Əzizov Zərdabi prospektinin sakinləri ilə görüşdü
Oxunma sayı: 907

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Həsən Bəy Zərdabi prospekti ev 47 ünvanında rayon sakinləri ilə keçirib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini xatırladaraq, cari ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 11 saylı körpələr evi-uşaq bağçasının bu il tikilib başa çatdırıldığını, sovetski deyilən ərazinin sökülərək yerində şəhərimizin ən böyük parkının birinci mərhələsinin sakinlərin ixtiyarına verildiyini bildirib. O, rayonun bütün ərazisini əhatə edəcək irimiqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhəllənin salınacağını qeyd edib. İcra başçısı həmçinin, H.B.Zərdabi prospekti də daxil olmaqla, rayonun bütün ərazisində təmizlik və yaşıllaşdırma işlərinin aparıldığını bildirib. O, rayon ərazisində son bir həftə ərzində qurumuş ağacların kəsildiyini və təhlükəli ağacların budandığını qeyd edərək bu işlərin yaxın günlərdə davam etdiriləcəyini də vurğulayıb.

Rayon sakinləri onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran məsələlər əsasən qurumuş ağacların kəsilməsi, istilik, ərazinin abadlaşdırılması və su ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Tədbirdən sonra icra başçısının rəhbərliyi ilə görüş keçirilən ünvanda qurumuş ağacların kəsilməsi ilə yanaşı təhlükəli ağaclar da budanıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi