FAB Şirkətlər Qrupu - 22 il sizinlə

fab-sirketler-qrupu
Oxunma sayı: 1281

FAB Şirkətlər Qrupunun fəaliyyətə başlamasının 22-ci ildönümüdür.  

Şirkət istehlakçıların keyfiyyətli inşaat məhsullarına olan təlabatını qarşılamaq üçün bu yola 2001-ci ilin 24 aprelində çıxıb.

İlk işləri dünya standartlarına uyğun, müasir texnologiyalarla təchiz olunmuş keyfiyyətə nəzarət laboratoriyaları qurmaq olub. Məhsul və xidmətlərlə könüllərə xitab ediblər. İnsanlar daha gözəl evlərdə yaşasın deyə istehsal sahələrini günbəgün genişləndiriblər.

FAB Şirkətlər Qrupu daxilində böyük kollektivlə müasir tələblərə cavab verən FAB Boya, Polimerlər, Hıll Fan plastik məhsullar, FABKİM Quru İnşaat Qarışıqları, Beyaz Alçı fabriklərini istifadəyə verib.

Şirkət əməkdaşları standartlara uyğun, ekoloji təmiz məhsul istehsalını vərdişə çeviriblər. Dürüstlük, ədalət prinsipləri əsasında əməkdaşlıq əlaqələrini genişləndiriblər.

FAB gərgin zəhmət, güclü iradə və əzmlə uğur pillələrinə inamla adımlayır, günbəgün böyüyür. Ölkəmizin iqtisadi inkişafına, insanlarımızın sosial-rifahının yaxşılaşdırılmasına dəstək olur. Şirkət bu yolda onlarla birlikdə olan tərəfdaşlara, əməkdaşlara, məhsul istifadəçilərinə təşəkkür edir. Birlikdə neçə uğur dolu illərə!