“FAB” Şirkətlər Qrupu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə aksiya keçirib - Fotolar

fab-sirketler-qrupu-heyder-eliyevin-100-illik-yubileyi-munasibetile-aksiya-kecirib
Oxunma sayı: 1142

“FAB” Şirkətlər Qrupu müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə aksiya keçirib. 

"Qafqazinfo" xəbər verir ki, şirkət tərəfindən 100 şəhid ailəsinə, 100 nəfər Qarabağ qazisinə və 100 aztəminatlı ailəyə ərzaq sovqatı göndərilib.

10 may 2023-cü il tarixində  “FAB” Şirkətlər Qrupunun təsisçisi  Anar Əliyev və bir qrup əməkdaş Fəxri xiyabanda olublar. Ulu öndər Heydər Əliyevin xatirəsi dərin hörmətlə yad edilib, məzarı önünə əklil və tər güllər qoyulub.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub. Qəbirüstü abidəsi önünə tər güllər düzülüb.